Müharibəsinin 42-ci günü düşmən Şuşada döyüşən qüvvələrinə yardım məqsədi ilə 300 nəfərlik heyət göndərib. Lakin real döyüş meydanında mənzərə fərqli olur. Dəstəyə gələn düşmən heyət Şuşanın yaxınlığına çatmadan məhv edilib.
Yüzlərlə hərbçisini itirən Ermənistan ordusu bununla da Şuşa əməliyyatını dayandırıb.
Cəbhənin digər istiqamətində də rəşadətli Azərbaycan Ordusu düşmənə göz açmağa imkan verməyib. Ermənistan hərbçiləri çıxış yolunu öz ölkələrindən Qubadlıda olan bölmələrimizə atəş açmaqda görüblər. Bu addım onların hiyləgər məqsədlərinə xidmət edib.
Raketlərin Qafanın ərazisindən atılması müasir cihazlarla təyin edilimişdi. Bölmələrimiz isə dayanmırdı. Ermənistan ordusunun son nəfəsi kəsilmək üzrə idi...