Vaxt.Az

“İrəvan sülh istəmir”


 

Polad Bülbüloğlu: “Ermənistan öhdəliklərindən boyun qaçırır”

“İrəvan sülh istəmir” “Ermənistan sülh istəmir. O, yenidən revanşist ideyalarla yaşayır, danışıqları imitasiya edir”. Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Səfir qeyd edib ki, işğalın ağır nəticələrinə baxmayaraq, Azərbaycan suverenliyin və ərazi bütövlüyünün, habelə beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınma və hörməti əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı olub və ölkələrimiz arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu dəfələrlə bəyan edib.

Eyni zamanda iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üçün səylər göstərib: “Müharibənin başa çatmasından iki il sonra Azərbaycan bir daha əmin olub ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, onlardan boyun qaçırır, təxribatlara əl atır, silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxartmır, əraziləri yenidən minalayır və bununla da regionda sabitlik və təhlükəsizliyə yeni təhdidlər yaradır”, – deyə Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasının rəhbəri vurğulayıb. (APA)

 





09.11.2022    çap et  çap et