Vaxt.Az
“Naxçıvanla bağlı ...”
DTX rəsmi açıqlama yaydı
Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb.Bildiririk ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır.
07.11.2022 çap et