Vaxt.Az

“Müqaviləni bir uzatmaq lazımdır”


 

Türkiyə ordusu 3 PKK-lını məhv edib

“Müqaviləni bir uzatmaq lazımdır” Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankaranın noyabrın 19-da müddəti başa çatacaq taxıl sazişinin daha bir il uzadılmasını təklif edəcəyini bildirib.

Bu barədə müdafiə qurumunun başçısı jurnalistlərə açıqlamasında bildirib.

“Ukrayna Türkiyə vasitəsilə Rusiyaya təminat (təhlükəsizlik təminatı – red.) verib. Razılaşmanın daha bir il uzadılmasını təklif edəcəyik”, – H.Akar vurğulayıb.

***

Digər bir xəbərə görə, Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə isə bazar ertəsi Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, terrorçular “Pəncə-Kilid” əməliyyatı çərçivəsində məhv ediliblər.

 





07.11.2022    çap et  çap et