Vaxt.Az

Sudan istifadənin elektron bazası


 

Bütün məlumatlar sistemə daxil olacaq

Sudan istifadənin elektron bazası Sudan istifadənin elektron bazası yaradılacaq. Belə olan halda su itkisi də xeyli azalacaq.

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov çaylardakı sululuğun azalma səbəbini açıqlayıb. Mütəxəssisin sözlərinə görə, Azərbaycanda suyun düzgün idarə olunmaması qıtlığın yaranmasının əsas səbəblərindən biridir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov isə deyib ki,  2020 -2022-ci illər üzrə “Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı” tədbirlər planında nəzərdə tutulan əsas məqamlardan biri də məhz su ehtiyatları ilə bağlı idarəetmənin təkmilləşdirilməsidir. Bununla bağlı artıq elektron su təsərrüfatı informasiya sistemi yaradılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, sistem çox modulludur. Əsas su təsərrüfatı balansının yaradılması, elektro su xəritəsi, su ehtiyatları barədə məlumat sistemi, su anbarları, su kanalları, kollektorlar məlumat sistemi kimi bir çox modullar bu sistemə daxildir.

 





07.11.2022    çap et  çap et