Zaqatala və Tovuz rayonlarının sakinlərinin sözlərinə görə, həkim çatışmazlığı onların işini çətinləşdirir.
Bəs problem necə həll edilməlidir?
Ekspertlər hesab edirlər ki, təcrübəli həkimlər bölgələrdə işləməkdə maraqlı deyillər. Çünki rayonların çoxunda müasir tipli tibbi cihazlar demək olar ki, yoxdur, həmçinin infrastruktur zəifdir. Təklif edilir ki, gənc kadrların rayonlara cəlb edilməsi üçün həvəsləndirici tədbirlər tətbiq edilməlidir.
Həkim çatışmazlı problemini TƏBİB də təsdiqləyir. Əlavə edilir ki, gənc kadrların rayonlara cəlb edilməsi üçün stimullaşdırıcı layihə üzərinə iş gedir.