Həmin məlumatlar “Xəzər Media Mərkəzi” tərəfindən çəkilən “Qartal Zirvədə” adlı sənədli filmdə açıqlanıb.
Filmdə DTX mənsubu deyib ki, adıçəkilən 3 qurum tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin 3 briqadadan ibarət bölmələrinin pusquya salınması ilə bağlı plan qurulmuşdu. Plana əsasən, hərbçilərimiz Araz çayı boyunca irəliyə buraxılmalıymış və onların 3 istiqamətdən, əsasən, Horadiz tərəfdən arxa təminat yolu bağlanmalıymış. Beləliklə, hərbçilərimiz mühasirəyə salınmalıymış: “Bunun da əsas məqsədi irəliləmənin qarşısını almaq və bizim bölmələri İran istiqamətinə sıxışdırmaq idi. Ancaq bu plan əvvəlcədən ifşa olundu və məlumatlar rəhbərliyə məruz edildi. Əks tədbirlər nəticəsində düşmənin özü bu vəziyyətə salındı və mühasirəyə alınaraq darmadağın edildi”.