Bu yazılanları bu gün Rusiyanın Ukraynaya qarşı təbliğat siyasətində müşahidə etmək mümkündür. Ukraynanı Rusiyanın düşməninə çevirdilər, Ümid bəyin təbirincə desək, xəyali dosyalarla Ukraynadakı hakimiyyəti nasist adlandırmaqla Kreml nəzarətindəki media vasitəsilə rus cəmiyyətini yatırtdı. Rusiya sözdə dost və tərəfdaş dediyi ölkəni bir günün içində siyahıdan çıxara və həmin ölkəyə qarşı informasiya müharibəsinə başlaya bilər. Bu Rusiya-Azərbaycan münasibətlərinə də aiddir. Kremlin Azərbaycanı sözdə tərəfdaş dövlət adlandırmasına baxmayaraq, Qarabağda separatizmi təbliğ edir, onlara hər cür dəstəyi açıq və gizli şəkildə həyata keçirir.