Slovakiyanın şərqindəki Koşitsa şəhərinin yardım koordinatoru Roman Dohoviç qaçqınların sayındakı artımın “hazırda 15 faiz” təşkil etdiyini, Ukrayna daxilində təxminən 6,9 milyon insanın məcburi köçkün olduğunu deyib.
Bu arada isə Rusiya işğalını davam etdirmək üçün qoşunlarını yerləşdirməyə və ehtiyatdakı qüvvələrini səfərbər etməyə davam edir. Məlumatlara görə, Ukrayna qüvvələri hücumları həm dəf edir və həm də hücuma keçir.
Rusiya genişmiqyaslı müharibə səylərinin bir hissəsi olaraq, oktyabrda dağıdılmış Krım körpüsünün təmirini davam etsə də, Britaniyanın Müdafiə Nazirliyi çərşənbə günü körpünün “tam istismara ən azı 2023-cü ilin sentyabrına qədər verilməyəcəyini” bildirib.
Rusiyanın “RİA Novosti” agentliyi Rusiyanın işğal etdiyi ərazilərdən başqa birinin – cənubdakı Nikolayev şəhərindən şərqindəki Sniqurivka şəhərinin Kreml tərəfindən təyin edilmiş meri sakinlərin tankları gördüyünü və şiddətli döyüşlərin getdiyini bildirib.
“Onlar gün ərzində əlaqə saxlayıb dedilər ki, orada tanklar hərəkət edir, Onların məlumatına görə, şəhərin ətrafında şiddətli döyüşlər gedir”, – “Reuters” şəhər meri Yuri Barabaşova istinadən bildirib.
“İnsanlar bu texnikanın şəhərin mərkəzində küçələrdə hərəkət etdiyini görüb”, – deyə Barabaşov bildirib.
Ukraynanın Nikolayev vilayətinin qubernatoru Vitali Kimin bildirdiyinə görə, Ukrayna qüvvələri Rusiya qoşunlarını bölgədən sıxışdırıb çıxarıb. “Rusiya qoşunları artıq oradan atıldıqlarından şikayətlənir” Kim öz “Telegram” kanalında yazıb.
“Reuters” xəbər agentliyi döyüşən tərəflərdən gələn məlumatları müstəqil olaraq yoxlaya bilmədiyini bildirib.