Vaxt.Az

27 ölkədə 27,7 milyon uşaq ...


 

UNİCEF: “İqlim böhranının ən çox azyaşlılar zərər çəkir”

27 ölkədə 27,7 milyon uşaq ... UNİCEF iqlimin yaratdığı fəlakətlərə məruz qalan milyonlarla uşağın aclıq, xəstəlik, istismar və ölüm riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

UNİCEF-in çərşənbə axşamı açıqladığı təhlilə görə, bu il 27 ölkədə 27,7 milyon uşaq daşqınlardan zərər çəkib. Onların arasında Çad, Qambiya və Banqladeşin şimal-şərqində ən ağır daşqınlar qeydə alınıb.

Agentliyin məlumatına görə, Pakistanda rekord qıran daşqınlar 615-i uşaq olmaqla, 1700-ə yaxın insanın ölümünə səbəb olub.

UNİCEF-in qlobal kommunikasiya və təbliğat direktoru Paloma Eskudero keçən həftə Pakistana səfəri zamanı fəlakətin böyüklüyünü öz gözü ilə gördüyünü deyib. O bildirib ki, ehtiyaclar böyükdür və əlavə olaraq 10 milyon qız və oğlanın təcili həyat xilasedici dəstəyə ehtiyacı var.

“Sellər içməli suyu çirkləndirib və bu, kəskin sulu ishal kimi sudan qaynaqlanan ölümcül xəstəliklərə səbəb olub . Daşqınlar kəskin ərzaq çatışmazlığı yaradıb.

Hesablamalara görə, daşqın bölgələrində 1,6 milyona yaxın uşaq kəskin ərzaq çatışmazlığından əziyyət çəkir.

O qeyd edib ki, durğun su ağcaqanadlar üçün mükəmməl çoxalma yeridir, malyariya və denq xəstəliyinə yoluxma riskini artırır. O, bir çox həssas uşaq və gəncin təcili tədbirlər görmədən gələcək günlərdə və həftələrdə öləcəkləri barədə xəbərdar edib.

Eskudero COP27, iqlim dəyişikliyi konfransının keçirildiyi Şərm əl-Şeyxdən video bağlantı ilə danışıb. O deyib ki, elm adamları Pakistandakı son daşqınların iqlim dəyişikliyi ilə daha da ağırlaşdığını aşkar ediblər. Uşaqlar bu problemin yaranmasında ən az məsuliyyət daşısalar da, ən çox əziyyət çəkən onlardır.

“Afrikada Pakistanda olduğu kimi uşaqlar törətmədikləri iqlim fəlakətinin bədəlini ödəyir. Somalidəki həddindən artıq quraqlıq və qıtlıq riskindən Sahel boyunca qeyri-sabit yağışlara qədər. UNICEF iqlim səbəb olduğu fəlakətlərin bütün əlamətlərini daşıyan fövqəladə hallara görünməmiş miqyasda cavab verməyə çağırılır”, – deyə Eskudero bildirib.

UNICEF bildirir ki, quraqlıqdan əziyyət çəkən Cibuti, Efiopiya, Keniya və Somalidə aclıqla üzləşən 20 milyondan çox insanın təxminən yarısı uşaqdır.

Dünyanın hər yerindən 40-a yaxın gənc iqlim fəalı Şarm əl-Şeyxdədir. Onlar iqlim böhranının dünyanın ən yoxsul, ən həssas uşaqlarına ciddi təsiri barədə nümayəndə heyətlərini məlumatlandırmaq üçün UNİCEF ilə işləyir.

Eskudero qeyd edib ki, həyəcan təbili çalmaq gənclərin işi deyil. O deyib ki, gücü olan insanlar fəaliyyətə başlamalıdır.

 





09.11.2022    çap et  çap et