Həmin məlumatlar "Xəzər Media Mərkəzi" tərəfindən çəkilən "Qartal Zirvədə" adlı sənədli filmdə açıqlanıb.
Filmdə DTX mənsubu deyib ki, Ermənistanın 112 dövlət informasiya resursu kiberhücumlar nəticəsində uzun müddət fəaliyyət göstərə bilmədi. 284 müxtəlif təyinatlı veb saytın internet məkanında fəaliyyəti dayandırıldi. Bundan əlavə, 13 sənaye idarəetmə sistemi ələ keçirildi, Ermənistanın xüsusi xidmət orqanları, vergilər, sığorta, səhiyyə və elektrik şəbəkələrinə aid həcmi 5 terabaytdan çox olan məlumat götürüldü. 15 milyondan çox internet sorğu trafiki Dövlət Təhlükəsizliyi Xidmətinin hazırladığı sayta yönləndirildi.