“Keçən həftə İstanbulda olarkən mən şəxsən Bosfor boğazından taxıl gəmilərinin keçdiyini gördüm”, - deyə Y.Stoltenberq bildirib.
Baş katib səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ankaranın taxıl sazişinin əldə edilməsi istiqamətində səylərini yüksək qiymətləndirdiyini bildirib.
O, BMT və Türkiyənin vasitəçiliyi ilə əldə olunan razılaşmanın dünya ərzaq bazarında qiymətlərin aşağı düşməsinə töhfə verdiyini vurğulayıb.
Y.Stoltenberq Rusiyanı yenidən taxıl sazişinin müddəalarına əməl etməyə və onun uzadılmasına mane olmamağa çağırıb. (Trend.az)