“İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələ ətrafında çox diqqətlə düşünməliyik”, – nazir deyib.
Bundan əvvəl Knessetin (parlament) “Likud” partiyasından olan üzvü Tsaxi Xaneqbi deyib ki, Benyamin Netanyahu hakimiyyətə qayıtdıqdan sonra, ehtimal ki, İranın nüvə obyektlərinə zərbə endirmək əmri verə bilər. (Report.az)