APA-nın «Fars» xəbər agentliyinə
istinadən verdiyi məlumata görə, İran vətəndaşları tətil başa çatdıqdan sonra
qaldıqları hoteli tərk etmək istəsələr də, obyektin rəhbərliyi buna icazə
verməyib. Buna səbəb turizm agentliyinin lazımi vəsaiti hotelə ödəməməsi olub.
Nəticədə İranın Məşhəd şəhərindən Ermənistana səfər etmiş 50 nəfər hoteldə girov saxlanılıb. İran vətəndaşları yalnız agentliyin hotelin bütün xərclərini ödəməsindən sonra ölkələrinə geri dönə biliblər.