Bu, son 2-3 ildə aparılan danışıqların praktikasında rast gəlinən ilk hadisədir. Əvvəllər tərəflərin görüşənə dair ictimaiyyətə məlumat veriləndə erməni tərəfi “Qarabağ ermənilərinə təhlükəsizlik təminat”larından və s. danışırdı. Ermənistanın dediklərini isə ABŞ təkrarlayırdı. Budəfəki bəyanatda ABŞ-nin neytral mövqe tutduğu (bəlkə də görüntüdür) açıq sezilir. Ermənistan tərəfi isə nə statusdan danışıb, nə də təhlükəsizlik qarantiyasını dilinə gətirib.
Ermənistan razılaşmalara əməl etməmək xəstəliyindən qurtulsa, Vaşinqtonda başlayan prosesin sülh müqaviləsinin imzalanmasıyla yekunlaşma ehtimalı yüksəkdir. Amma bu Azərbaycanı aldatmayacaq, yaxud arxayınlaşdırmayacaq.
Ermənistan XİN Mirzoyan Vaşinqtonda olarkən ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədriylə də görüşüb. Belə çıxır ki, Ermənistan sülh müqaviləsini imzalamaqla Qarabağ məsələsini də eyni zamanda bağlamaq fikrində deyil. Qarabağa Azərbaycanın tərkibində status əldə etmək uğrunda mübarizəsini davam etdirmək niyyətindədir. Azərbaycanın Ermənistanın sülh müqaviləsindən sonrakı dövrdə aqressiv davranışlarını cilovlamaq strategiyası olacaq.