Vaxt.Az

“Xameneyi göstəriş versə, ...”


 

Fars-molla rejiminin generalı etirazçıları “milçək” adlandırdı

“Xameneyi göstəriş versə, ...” İranın quru qoşunlarının komandanı Kiyumərs Heydər etirazçıları təhqir edib. Komandan etirazları yatırmaq üçün Əli Xameneyinin əmrini gözlədiklərini deyib.

Noyabrın 9-da İran ordusunun quru qoşunlarının komandanı etirazçıları “milçəklərə” bənzədib və "bu gün onlara qarşı istənilən səviyyədə mübarizə aparılmamasını Ali Baş Komandanın göstərişi olmadığı" ilə əlaqələndirib.

O, etirazçıları təhdid edib və deyib ki, əgər Əli Xameneyi göstəriş versə etirazçıların İranda yeri olmayacaq.

Narazıları xarici qüvvələrin və düşmənlərin oyuncağı adlandıran Kiyumərs Heydəri onların istəklərinə çata bilməyəcəklərini iddia edib.

Noyabrın 8-də də Ordunun Ali Baş Komandanı Əbdülrəhim Musəvi etirazçıları iğtişaşçı adlandıraraq onların hədəfinin İranı parçalamaq olduğunu demişdi.

 





10.11.2022    çap et  çap et