Vaxt.Az

REMA – ukraynalı uşaqlara ümid verir


 

Qaçqın düşən azyaşlılara qayğı çərçivəsində Vroslavda müxtəlif proqramlar həyata keçirilir

REMA – ukraynalı uşaqlara ümid verir Şəhər meydanında R.E.M.A. fondunun təşkil etdiyi beynəlxalq mədəniyyət festivalı keçirilirdi. Biz Lidiya ilə festivalda qarşılaşdıq. O ukraynalıdır. Aprel ayında Kiyevdən Vrotslava köçüb.

Lidiya Primaçenko, REMA fondunun könüllüsü: “Mən sadəcə hörməyi sevirəm. Məni çağırdılar ki, burada hər altıncı gün saat 3-də dərslərimizə dəvət edərək, öyrənmək istəyən insanlara, uşaqlara kömək edim. Bundan əlavə biz uşaqları Ukraynaya həsr olunmuş rəsmlər çəkməyə dəvət etdik və çoxlu ukraynalı uşaqlar yanımda oturub, rəsm çəkdilər. Onların anaları da iştirak edirdi. Biz əlaqələrimizi bölüşdük ki, onlar fonda gəlib burada daimi məşğul ola bilsinlər”.

Bundan əlavə fondun komanda heyətindən olan Qudnes də ukraynalı uşaqlara dəstək üçün gördüyü işlərdən danışır.

Qudnes Odunayo, REMA fondunun könüllüsü: “Biz ukraynalılar üçün ingilis dili dərsləri keçirik. Bir çox uşaqların belə dərslərə ehtiyacı olduğunu gördük. Çünki onlar burada məktəbə gedəndə aydın olur ki, onların ingilis dili səviyyəsi Ukraynadakı kimi deyil”.

Anya ukraynalıdır, amma o, dörd ildir ki, Polşada yaşayır. O deyir ki, Ukrayna Mədəniyyəti və İnkişaf Mərkəzi olaraq ukraynalı uşaqlara və böyüklərə dil kursları ilə yanaşı digər məsələlərdə də onların bu ölkədə uyğunlaşmalarına kömək edirlər.

Anna Xaritonova, Ukrayna Mədəniyyəti Mərkəzinin əməkdaşı: “Bizim emalatxanalarımıza qoşulan həm polyak, həm də ukraynalı uşaqlar var. Bu yaxınlarda keçirdiyimiz rəsm dərslərinə də gəliblər, baxmayaraq ki, dərslər Ukrayna dilində keçirilir. İncəsənəti başa düşmək üçün dil biliklərinə ehtiyac olmadığı üçün xüsusi çətinlik çəkmədik. Mənim rolum burada kulinariya kursları, sənət seminarları, yoqa, fitnes kimi fiziki məşqlər və s. kimi fəaliyyətlərin təşkilinə kömək etməkdir”.

Vrotslav küçələrində hər payız olduğu kimi bu payız da “Halloween” ab-havasını hiss etmək olur. İyirmi bir yaşlı Alesiyanın iki polşalı ilə birlikdə yaratdıqları fondun komanda heyətinə sonradan Alesiyanın iki bacısı da qoşulub. Onlar “Halloween” ərəfəsində Vroslavın meydanında insanlara ödənişli halloven makiyajı edirlər. Topladıqları vəsaiti ehtiyacı olan uşaqların qayğıları üçün xərcləyəcəklərini deyirlər

Olesya Didora, “Zuch” fondunun təsisçisi: “Gələcəkdə həyata keçirəcəyimiz əsas layihəmiz Ukraynada Rusiyanın hərbi hücumu zamanı zərər çəkmiş əsgərlərin və Ukraynanın sadə vətəndaşlarının protezləşdirilməsidir”.

 





11.11.2022    çap et  çap et