Vaxt.Az

Braziliya sürprizləri ...


 

... Testsiz qalib, yaxud marjinal strategiya

Braziliya sürprizləri ... Kevin Maqnussen – mövsümöncəsi qış testlərinə çıxmadı. Sezonun başlamasına bir gün qalmış komandaya gəldi. Gəldiyi gündən də Şumaxerdən üstün idi. Bu gün də poul qazandı. Düzdür, bəxti gətirdi, amma onunla eyni şəraitdə daha güclü maşını olan Sayns, Norris, Alonso, Rassell və Hamilton kimi adamlar var idi. Bacarmadılar.

Braziliyada həmişə surprizlər olub. 1991-də Sennanın 6-cı ötürməsə ilişən maşınla qazanması, 2001-də Montoyanın Şumaxerə məşhur hücumu, 2003-də Cordanla Fizikella qazandı, 2010-da Hulkenberq poulda idi, 2019-da məlum yarış, keçən il Hamiltonun dərslikləri salınası yarışı, bu gün də Maqnussen. İnterlaqos möhtəşəmdir.

Almaniya mediası Şumaxeri mənasız yerə şişirdir, amma adam bacarmır. Formula3-də və Formula2-də çempion olanda da peleton elə güclü deyildi. Təsəvvür edin, əsas rəqibləri Mark Şvartsman, Nikita Mazepin və Yuki Tsunoda idi. Bu gün də 20-ci oldu. Yəqin ki, gələn il orada olmayacaq. Doğrusu budur. 

“Ferrari” niyə görə marjinal strategiya seçdi Leklerə? Görəsən Lekler özü istəmişdi? 

Sabah Perez, Lekler və Sayns yan-yanadırlar. Üçünün taleyi bir yazılıb

 





12.11.2022    çap et  çap et