Vaxt.Az

15 milyon mərmi ...


 

Artilleriya üstünlüyü işğalçının köməyinə çatmadı

15 milyon mərmi ... Ukrayna ordusu çox böyük ehtimal Xerson istiqamətində müdafiəni möhkəmləndirib, o istiqamətdə olan elit bölmələrin Donetsk, Luqansk cəbhəsində gətirəcək.

Məlumata görə Xerson cəbhəsində təqribən 100 minlik Ukrayna ordusu var, bunların 20-25 mini Böyük Britaniyada  xüsusi təlim keçmiş hazırlıqlı bölmələrdi.

Rusiya ordusunda artilleriya bölmələrində sursat çatışmazlığı var,ruslar hal-hazırda Çindən, Şimali Koreyadan, Qırğızıstandan, Özbəkistandan sursat daşıyırlar. Bununla belə Rusiya Müdafiə Sənaye Nazirliyi 3 növbəli sistemdə işləyir.

Müharibənin əvvəlində uğur qazandıqları döyüşləri təhlil edəndə, ruslar artilleriya ilə yaratdıqları güclü atəş dəstəyi ilə irəlliyiblər. İlk günlər ortalama 80-100 min mərmi sərfiyyatı, sonrakı dövrlərdə günə 50-70 min artilleriya mərmisi istifadə ediblər.

Müharibə başlayan gündən ortalama hesablasaq 15 milyondan çox mərmi sərfiyyatından söhbət gedir, bura Ukrayna ordusu tərəfindən cəbhənin dərinliklərində partladılan rusların silah-sursat anbarlarında qatsaq çox böyük rəqəm alınır.

İşğalçılar bu qədər atəş üstünlüyü yaratmalarına baxmayaraq Quru Qoşunları və Xüsusi təyinatlı qüvvələri Ukrayna ordusu tərəfindən şəhər döyüşlərində  demək olar tam sıradan çıxarıldı. Rusların səfərbərliklə cəlb etdikləri isə döyüş meydanından qaçırlar.

İşğalçı ordu iran dronları ilə psixoloji üstünlüyü ələ almağa çalışsa da qərbin vaxtında çatdırdığı anti-dron və hava hücumundan müdafiə (HHM) silahları rusların bu niyyətində puça çıxardı.

Hal-hazırda Ukrayna ordusu bütün cəbhələrdə hər tərəfli üstünlüyü ələ alıb.

Ukrayna ordusuna 257 km-lik yüksək dəqiqlikli “Himars” raketlərinin də verildiyini hesaba qatsaq, qarşıdakı günlərdə rusların işi çox çətin olacaq.

 





12.11.2022    çap et  çap et