Cümə günü ölkədə 10,729 yeni yoluxma halının qeydə alındığı bildirilib, onların demək olar ki, hamısı heç bir simptom olmadan testləri müsbət çıxanlardır. Cümə günü cənub istehsal mərkəzi Quançjou və qərb meqapolis Çuntsində 5 milyondan çox insan lokdaundadır.
Pekinin 21 milyon əhalisinin əksəriyyətinin gündəlik testlər verməsi ilə daha 118 yeni yoluxma hadisəsi qeydə alınıb. Bir çox şəhər məktəbi onlayn dərslərə keçib, xəstəxanalar xidmətləri məhdudlaşdırıb və bəzi mağazalar və restoranlar bağlanıb, işçilər karantinə salınıb. Sosial şəbəkələrdə yayılan videolarda bəzi ərazilərdə insanların etiraz etdiyi və ya polis və tibb işçiləri ilə qarşıdurma yaşadığı əks olunub.
Quançjouda və başqa yerlərdə karantin tətbirləri bazar gününə qədər bitməli idi, lakin rəsmilər bu cür məhdudiyyətləri heç bir izahat vermədən dəfələrlə uzadıblar.
Çin liderləri cümə axşamı günü milyonlarla insanı evlərinə qapadan və iqtisadiyyata ciddi şəkildə ziyan vuran “sıfır-COVİD” strategiyası səbəbilə ictimaiyyətdə yaranan məyusluğa cavab verəcəklərini vəd etmişdilər.
Hökumət cümə günü ölkəyə gələn şəxslərin karantin müddətini azaltdığını bildirib. ABŞ səfirliyi bu həftə vətəndaşlara çox zərurət olmadıqca Çinə səfər etməmək və Çin daxilində səyahət etməmək barədə tövsiyəsini təkrarlayıb.