Vaxt.Az

HHM sistemləri olmazsa, olmazdır


 

“Tərəfdaşlarımız bunu çox yaxşı bilir”

HHM sistemləri olmazsa, olmazdır Yeni hesabatın nəticələrinə əsasən, Ukraynanın təcili olaraq Qərbdən daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var – əks halda Rusiya Ukrayna şəhərlərini səmadan bombalamaq üçün Suriyada istifadə etdiyi taktikanı təkrarlaya bilər.

Rusiyanın hərbi müdaxiləsinin ilk günlərində Ukrayna üzərindəki səma böyük ölçüdə müdafiə olunmurdu. Rusiya təyyarələri cəbhə xəttindən çox uzaqdan hava hücumları keçirirdi.

Ancaq Ukrayna öz hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə başladı. Ukrayna qüvvələri Rusiyanın onlarla döyüş təyyarəsi, helikopteri, başqa təyyarələr və raketlərini vurdu.

“Rusiya Hava Hərbi Hava Qüvvələri böyük miqdarda potensial atəş gücünə malikdir. Sadəcə olaraq hazırda ondan effektiv şəkildə istifadə edə bilmir, çünki Ukrayna hələ də onlara çox aşağı səviyyədən yuxarıda Ukrayna hava məkanına girişə imkan vermir, çünki onlarda yer-hava tipli raket sistemləri var. Ancaq Ukraynanın hava hücumundan müdafiə üçün nəzərdə tutulan raket ehtiyatları bu qədər uzun müddət üçün nəzərdə tutulmamışdı”, – Kral Birləşmiş Xidmətlər İnstitutundan Castin Bronk bildirir.

Bu arada isə Rusiya Ukrayna şəhərləri və infrastrukturunu vurmaq üçün İran istehsalı kamikadze dronlar və uzun-mənzilli raket zərbələrindən istifadə edir.

“Qərb diqqəti əlavə sursat və yer-hava tipli sistemlər, bizim asanlıqla dəstək verə biləcəyimi sistemlər göndərməyə yönəltməlidir, cünki bunlar bizim özümüzün Qərbdə istifadə etmədiyimiz Sovet dövrünə aid sistemlərdir”, – Bronk deyir.

Qərb ölkələri Ukraynanı müxtəlif hava hücumundan müdafiə sistemləri ilə təmin ediblər. Ukraynanın müdafiə naziri bazar ertəsi “Twitter”də bildirib ki, onun ölkəsi ABŞ, Norveç və İspaniyadan ilk Amerikadan NASAMS və İtaliya istehsalı “Aspide” hava hücumundan müdafiə (HHM) sistemlərini qəbul edib.

“Bir nömrəli prioritet havadan müdafiə sistemləridir. Tərəfdaşlarımız bunu çox yaxşı bilir”, – Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Almaniya ötən ay Iris-T hava hücumundan müdafiə sistemi göndərib və onlarla “Gepard” təyyarə əleyhinə tankla təchiz edib. Fransa öz “Crotale” hava hücumundan müdafiə sistemini göndərib.

Ancaq hesabatın müəllifi deyir ki, Ukraynanın Qərbdən daha çox şeyə ehtiyacı var. Qabaqcıl döyüş təyyarələri də həmçinin mühüm yayındırıcı amil yarada bilər.

“Hətta az sayda Rusiyanın döyüş təyyarəsi ilə bənzər şərtlərdə olan raket və radarlarla təchiz olunmuş Qərbin döyüş təyyarələri”, – Kral Birləşmiş Xidmətlər İnstitutundan Castin Bronk deyir.

Bronk deyir ki, Rusiyanın hava ərazisində nəzarəti ələ keçirməsi ehtimalının faciəvi nəticələrinin olacağı aydındır.

“Biz Rusiya Hərbi Hava Qüvvələrinin orta və yüksək hündürlüklərdən nisbi cəzasızlıqla hücum edə bildiyi zaman Suriyada nə baş verdiyini bilirik: təkcə cəbhə xəttindəki mövqelərə deyil, həm də mühasirəyə alınmış şəhərlərə çox sayda idarə olunmayan bombalarla irimiqyaslı bombardmanlar. Hələb və Qumu xatırlayırıq”, – Bronk deyir.

Həmin şəhərlər 2015 və 2016-cı ildə vətəndaş müharibəsinin qızğın vaxtında Rusiya və Suriya hökumətinin hava zərbələri nəticəsində dağıdılmışdı. On minlərlə insan öldürülmüşdü və bu da üsyançı qüvvələri geri çəkilməyə məcbur etmişdi.

Rusiyanın quru qoşunları Ukraynanın şərqində geri çəkilməyə məcbur edildiyi bir vaxt, analitiklər Kremlin Suriyada istifadə olunan taktikaları Ukrayna şəhərləri üzərində təkrarlamaq istəməsindən narahatdır.

 





12.11.2022    çap et  çap et