Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin indiyədək digər döyüş itkiləri 2 838 tank, 5 730 zirehli maşın, 1 506 operativ-taktiki PUA, 1 829 artilleriya sistemi, 399 reaktiv yaylım atəşi sistemi, 205 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 4 279 avtomobil və tanker, 160 xüsusi texnikadan ibarətdir.
***
Ukrayna ordusu qüvvələrini Zaporojye istiqamətində cəmləşdirir.
Bu barədə ilhaq edilən Zaporojye vilayətinin administrasiya şurasının üzvü Vladimir Roqov bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna ordusunun hücumunun əsas hədəfi Zaporojye istiqamətidir. Roqov əlavə edib ki, Rusiya Silahlı Qüvvələri də öz növbəsində müdafiə xəttini gücləndirir: “Çünki Ukrayna Silahlı Qüvvələrinin bu ərazini yarıb keçmək üçün maksimum qüvvədən istifadə etməsi ehtimalı var”.