Vaxt.Az

Azərbaycanın dostu qalib gəldi


 

73 yaşlı baş nazirin İran arzusu

Azərbaycanın dostu qalib gəldi Azərbaycanın yaxın dostu Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası İsraildə keçirilmiş parlament seçkilərində qələbə qazanıb. Netanyahu tərəfdarları 120 yerlik parlamentdə 65 mandata sahib olacaqlar. Dini və sağçı kəsimin dəstəyi ilə üçüncü dəfə baş nazir olacaq 73 yaşlı Netanyahu çox güclənib.

İsrail parlamenti olan Knesset 120 üzvü ilə qanunverici orqanıdır. Mütləq səs çoxluğu üçün 61 mandat tələb olunur. İsrailin seçki sistemi ümummilli proporsional təmsilçiliyə əsaslanır. Seçicilər namizədlərə yox, partiyaya səs verirlər. Partiyalar səs payına mütənasib olaraq parlament yerləri alırlar. Bir partiyanın parlamentə düşməsi üçün ən azı 3,25 faiz səs lazımdır. 4 ildən bir keçirilən seçkilərdə ərəb-islamçı partiyalar da iştirak edirlər. 

İsraildə seçicilərin 20 faizini müsəlman ərəblər təşkil edirlər. Fələstinli ərəblərin bir hissəsi yəhudi cəmiyyətinə inteqrasiyaya qərar veriblər və artıq dövlət vəzifələrində belə müsəlman ərəblərə rast gəlmək mümkündür. Müsəlmanların vəziyyəti heç də molla rejiminin və fanatik islamçıların iddia etdiyi qədər vahim deyil. Ərəb dilində məktəblərdən tutmuş televiziyalara qədər var, polisdə belə hicablı müsəlman qadınlara rast gəlmək olur.

40 milyonluq Azərbaycan türkünü ana dilini öyrənməkdən məhrum etmiş Tehran rejimi insanlığı elə İsraildən öyrənməlidir. 

Bibi üçüncü baş nazirliyində çox güman ki, ən böyük arzusuna çatacaq, Tehranda azadlıq bayrağı dalğalanacaq.

 





12.11.2022    çap et  çap et