Nazirlik “Twitter”də paylaşdığı açıqlamasında bildirib ki, qoşunlar elan edildikdən iki gün sonra geri çəkilsə də, “mümkündür ki, geri çəkilmə prosesi 2022-ci ilin 22 oktyabr tarixində, Xersonda Rusiyanın təyin etdiyi rəsmiləri mülki əhalini şəhəri tərk etməyə çağırdığında başlayıb”.
Britaniyanın hesabatında bildirilir ki, Rusiyanın hərbi texnikası və qüvvələrinin son həftələrdə evakuasiya edən 80 min mülki vətəndaşla birlikdə mülki geyimdə evakuasiya etməsi “real bir ehtimaldır”.
“Çox güman ki, Ukrayna Dnepr çayının qərb sahilində Xerson vilayətinin böyük ərazilərini geri alıb və indi onun qüvvələri hazırda böyük ölçüdə Xerson şəhərinə nəzarət edir. Güman ki, Rusiya hələ də vilayətin digər hissələrindən qüvvələrini çayın şərq sahilindəki müdafiə oluna bilən mövqelərinə evakuasiya etməyə çalışır”.
Ukrayna qüvvələri Xerson şəhərinə cümə günü Rusiya qüvvələrinin tələsik geri çəkilməsindən sonra daxil olub. Kəndlilər küçələrə çıxaraq Ukrayna qoşunlarını qarşılayıb və Rusiya əsgərlərinin mülki vətəndaşları öldürməsi və evləri talan etməsi ilə bağlı dəhşətli hadisələrdən bəhs edib.
Xerson Bölgə Şurasının müavini Sergey Xlanın dediyinə görə, şəhər demək olar tamamilə Ukrayna qüvvələrinin nəzarətindədir. Sosial mediada yayılan bir neçə videoda Ukrayna əsgərlərinin şəhərdə sarı-mavi bayraqlar asdığı, yerli sakinlərin isə bayram etdiyi göstərilir.
“Bu gün tarixi gündür. Biz ölkənin cənubunu geri alırıq, biz Xersonu geri alırıq”, – Ukrayna prezidenti Vladimir Zelenski cümə günü axşam müraciətində bildirib.
Zelenski deyib ki, Rusiya qüvvələri şəhərdə çox sayda mina yerləşdirib və bildirib ki, Ukrayna qüvvələri ən tez zamanda onları təmizləməyə başlayacaq.
Rusiya isə cümə günü Dnepr çayının qərb sahilindən qoşunlarını geri çəkdiyini və geridə heç bir əsgər və ya texnikasının qalmadığını bildirib.
Ancaq geri çəkilən Rusiya əsgərləri fərqli bir mənzərə təsvir edib. Bir rus əsgər özü ilə başqa bir əsgərdən tələsik bir şəkildə mülki geyim geymələri istənilib ki, onları heç kim tanımasın. Bundan əlavə bəzi geri çəkilən əsgərlərin şəhəri tərk etməyə çalışarkən çayda batdığı deyilir.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Direktoratı bildirib ki, şəhəri tərk edə bilməyən rus əsgərlərinin “ölümdən yayınmalarının yeganə yolu dərhal təslim olmaqdır.”
Dnepr çayında yerləşən strateji liman şəhəri Xerson Rusiya qüvvələri fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayandan bir neçə gün sonra ələ keçirilmişdi. Moskva çərşənbə günü “çətin qərar” verərək çayın qərb sahilindən, o cümlədən Xersondan geri çəkildiyini elan edib.
Rusiyanın Xersondan geri çəkilməsi Qərb rəsmilərinin təxminlərindən daha öncəyə təsadüf etdi. ABŞ Ordusunun generalı, Birgə qərargahlar rəisi Mark Milli bu həftənin əvvəlində onların geri çəkilməsinin “günlər, bəlkə də həftələr” sürəcəyini proqnozlaşdırmışdı.
Ukrayna Müdafiə naziri Aleksey Reznikov da həmçinin Rusiyanın belə tez geri çəkilməsinə skeptik yanaşmışdı və Rusiyanın Ukrayna qüvvələrini qəddar döyüşlərə sürükləmək üçün tələ quracağından qorxurdu.
Rusiya üçün Xerson Rusiya ilə Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krımı birləşdirən quru körpü formalaşdıran əhəmiyyətli region idi. Xerson Rusiya Prezidenti Vladimir Putinin sentyabr ayında ilhaq etdiyini iddia etdiyi dörd vilayətdən biridir.