Vaxt.Az

Aqressiv yarış üçün yumşaq təkər


 

Alonsonun özünə yaraşmayan səhvi

Aqressiv yarış üçün yumşaq təkər Bu həftə artıq Braziliyada ikinci ilki görürük. Əvvəlcə, Maqnussen ilk poulunu aldı, indi də Rassell sprint də olsa, ilk yarışını qazandı. Amma Verstappen yarışa “Soft” təkərlə başlasa, bu mümkün olmayacaqdı. Yarışa üçüncü yerdən başlayacaq. Böyük ehtimalla bir problem yaşamasa, iki “Mercedes”i də keçib qazanar.

Amma Maks niyə “Medium”la başladı? Yəqin ki, sabahkı yarışa “Soft” saxladı. Daha aqressiv strategiya üçün. 

Startda Alonso özünə yaraşmayan səhv elədi və bu da “Alpine”nin geriyə düşməsinə səbəb oldu. Ara yerdə Maklaren onlarla 2 xal fərq bağladı. Sabah “Alpine”i çox çətin yarış gözləyir. 

Lyuis Hamilton start prosedurunu pozub. Start prosedurunu pozmaq yarış vaxtı 5 saniyə cərimədir. Amma burada yəqin 3 yer cəza verilər. 

Bu arada Karlos Saynsın Verstappenə hücumu əfsanə idi. Verstappenlə kim belə davranıb? Kim belə hücum edə bilib?

 





13.11.2022    çap et  çap et