Vaxt.Az

Nəfəskəsən mübarizə


 

“Mercedes”lərin qələbə şansını artırıb

Nəfəskəsən mübarizə Braziliya yenə də MÖHTƏŞƏMDİR! Ölkədə ardıcıl 2-ci sprint və yenə də nəfəskəsən mübarizə. Hələ bu dəfə maraqlı sıralanma turunu da üstünə gəlsək, bəlkə də mövsümün ən maraqlı həftəsonu alınar...

“Mercedes” ardıcıl ikinci yarışdır güclüdür – mövsümün sonuna problemlər həll olunub, yoxsa yenə də dəniz səviyyəsindən hündürlük öz rolunu oynadı? Bunu Əbu Dabidə gələn həftə biləcəyik.

Maksın maşınında Avstriyada gördüyümüz problem yaşanır – onda sprintdə “Ferrari”lərin başı öz mübarizələrinə qarışdı və Maks qələbə qazandı, amma yarışda təkərləri yenə tez yeyildi və Leklerə uduzdu. Şpilberq və San Paulu dəniz səviyyəsindən eyni hündürlükdə yerləşirlər, ona görə də sabah eyni problemin Maksda təkrarlanması mümkündürmü? Ehtimalı var.

İstənilən halda, bu gün Corc hər şeyi düzgün və gözəl elədi. Sabah ilk cərgədən start “Mercedes”lərin qələbə şansını artırır. Corc üçün ən çətin iş Lyuisin hücumlarına tab gətirmək olacaq. Aydındır ki, Lyuis mövsümdə ilk (bəlkə də yeganə) qələbəsini qazanmaq üçün hər şey edəcək. 

Maşınlar üzərində iş görmək, sazlanmaları dəyişmək olmaz – ona görə də sabah RB-nin nə edəcəyi maraqlıdır. Əminəm ki, sabah bizi maraqlı yarış gözləyir.

 





13.11.2022    çap et  çap et