Pakistan qanunlarına görə, dövlətə xəyanətdə günahlandırılan şəxsi ya ölüm hökmü, ya da ömürlük həbs gözləyir.
1943-cü ildə doğulmuş Müşərrəf hakimiyyətə 1999-cu ildə qansız dövlət çevrilişində gəlib, 2001-2008-ci illərdə prezident olub.
Müşərrəf 2013-cü aprelin 19-da tutulub. O, 2007-ci ildə məscidə hücum zamanı adamların ölümündə günahlandırılıb. Ona daha əvvəl keçmiş baş nazir Bənazir Bhuttonun, Bəlucistan əyaləti millətçilərinin lideri Əkbər Buktinin qətli və Ali Məhkəmənin hakimlərinin həbsi ittihamları verilib.
2013-cü noyabrın 4-də məhkəmə sabiq prezidenti girov müqabilində azadlığa buraxıb. Müşərrəf bu ilin yanvarında ürəyində ağrı hiss etdiyi üçün hospitala yerləşdirilib.