Şirkət bildirir ki, ilk uçuşu 2010-cu ildə baş tutan dron 12 ildə 6 missiya həyata keçirib. Qurğu ABŞ mütəxəssislərinə yeni kosmik texnologiyaları sınaqdan çıxarmaq üçün imkan verib.
ABŞ ordusu üçün hazırlanmış X-37B adlı dronun uzunluğu 9 metr, qanadlararası məsafə isə 5 metrdir. Avadanlıqların qidalanması günəş batareyaları ilə həyata keçirilir. İlk dövrdə tam məxfi aparılan işlər indi ictimailəşdirilib. Bu dron müxtəlif materialların kosmosda müqavimətini yoxlamaq imkanı verir. (APA)