Verşininin sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb: “Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl, bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxarıb, digərlərini diqqətdən kənarda qoya bilmərik. Biz təbii ki, baş vermiş və baş vermək ehtimalı olan hər məqamı nəzərə almalıyıq”.