Siyasi şərhçi Xəyal Bəşirov deyir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında ciddi rola malikdir. Avropanın Rusiya qazından tamamilə imtina etməyə hazırlaşdığı indiki məqamda Fransa istisna olmaqla, əksər Avropa ölkələri Azərbaycan prezidenti və dövlətinin ünvanına müsbət mesajlar söyləyirlər. Fransa siyasi rəhbərliyi isə erməni diaspor və lobbi təşkilatlarının təsiri altında anti-Azərbaycan siyasəti yürüdür. Elə bunun nəticələrindən biridir ki, Fransa senatı noyabrın 15-də Azərbaycan əleyhinə qətnamə layihəsini müzakirəyə çıxaracaq.
Ekspert Fransanın artıq vasitəçi kimi beynəlxalq nüfuzunu itirdiyini deyir.
Xəyal Bəşirov bildirir ki, Fransa prezidenti Emmanuel Makron bugünkü siyasi xətti ilə özünü gülüş obyektinə çevirməklə yanaşı, həm də Fransa dövlətini cılız vəziyyətə salıb. Artıq bu gün qlobal proseslərdə Fransanın rolu və təsiri yoxdur.