Vaxt.Az
“Bizim prezidentimiz”
Cənubi Azərbaycan türkləri də İlham Əliyevə xitabı fars-molla rejimini qıcıqlandırır
Qərbə bağlı “eurasianet.org” saytı yazır ki, rəsmi media vasitələri üzərindən İran və Azərbaycan qarşılıqlı təhdidləri gücləndirir. İş o yerə çatıb ki, Güney Azərbaycan milli hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlı Azərbaycanın dövlət TV kanallarına mütəmadi müsahibələr verir. Hətta Az.TV belə onun müsahibəsini yayır. Halbuki İran ilə Azərbaycan arasındakı qeyri-rəsmi razılığa əsasən ABŞ-da mühacir kimi yaşayan Mahmudəli Çöhrəqanlının 2006-ci ildən etibarən Bakıya girişinə qeyri-rəsmi qadağa qoyulmuşdu...Bir neçə gün əvvəl də bu məsələ ilə bağlı “Amerikanın Səsi” (ingilisdilli bölümü) geniş məqalə vermişdi...
“Eurasianet.org” saytı yazır ki, Azərbaycanın rəsmi dövlət mediası İrandakı siyasi sistemi “fars-molla rejimi” və ya “molla rejimi” adlandırır. Sayt onu da bildirir ki, artıq Cənubi Azərbaycanın Təbriz və digər şəhərlərində yerli türklər İlham Əliyevə “bizim prezidentimiz” deyə müraciət edirlər...
Məqalədə o da vurğulanır ki, hər iki tərəf bir-birini terrora dəstək verməkdə suçlayır. Əvvəllər balansı saxlamağa çalışan İran isə hazırda birmənalı şəkildə Ermənistana dəstək verir...
13.11.2022 çap et