Naxçıvanın muxtariyyəti 1921-ci il RSFR-Türkiyə arasında imzalanmış Moskva müqaviləsi ilə təsdiqlənib. Daha sonra həmin ilin oktyabrında imzalanmış Qars müqaviləsi ilə möhkəmləndirilib.
Bu sənədlərə əsasən Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədləri müəyyən olunub. Qars Müqaviləsini bu 3 respublika da imzalayıb.
Moskva Müqaviləsi Osmanlı sultanının imzaladığı rüsvayçı Sevr müqaviləsini qüvvədən salıb və yeni Türkiyə Respublikasını tarixin səhnəsinə çıxarıb.
Naxçıvanın muxtariyyətinin ləğvi Moskva Müqaviləsinin qüvvədən düşməsi, Sevr müqaviləsinin “dirlməsidir”.
Bundan başqa SSRİ dağılarkən -1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi məhz Moskva Müqaviləsinə istinad edərək Cənubi Qafqazdakı sovet respublikalarının sərhədlərini tanıyıb.
Yəni, “gəlin Naxçıvanda muxtar quruluşu ləğv edək” çağırışları sadəcə “obıvatel”ə hesablanmış və virtual “şöhrət” azarından irəli gələ bilər.
İndi dünyada geopolitik savaşın əsas prioritetləri isə ərazi davaları deyil, nəqliyyat qovşaqları və informasiya texnologiyaları üzərində hakimlik savaşıdır.