Vaxt.Az

1750 PUA tədarükü gözlənilir


 

“Rusiya İrandan ballistik raketlər sifariş edib”

1750 PUA tədarükü gözlənilir “Rusiya İrandan ballistik raketlər sifariş edib”. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi məlumat yayıb. Ukraynanın hərbi kəşfiyyatı İranın ballistik raketlərinin Rusiyaya tədarükü ilə bağlı saziş layihəsinin hazırlanması barədə məlumatı təsdiqləyib.

“Sanksiyalarla əlaqədar olaraq, Rusiyada silah istehsalı məhdudlaşıb. Buna görə də başqa ölkələrdən silah almağa çalışır. 

Biz dövlətimizə qarşı ballistik raketlərdən istifadə təhlükəsini anlayırıq, ona görə də bu gün İranın Rusiyaya silah tədarükünün nə qədər təhlükəli olduğunu dünya ictimaiyyətinə sübut etmək üçün diplomatiyamız, hərbi kəşfiyyatımız və digər strukturlarımız fəal işləyir”, – məlumatda deyilir.

Hərbi kəşfiyyatın məlumatına görə, İran və Rusiya bu yay iki növ - “Shahed” və “Mohajer” tipli təxminən 1750 pilotsuz uçuş aparatının (PUA) tədarükü üçün müqavilə imzalayıb.

 





13.11.2022    çap et  çap et