Lent.az-ın məlumatına görə, bunu «APA Holdinq»in prezidenti Vüsalə Mahirqızı «facebook» sosial şəbəkəsində səhifəsində bildirib.
Holdinq prezidentinin paylaşdığı açıqlamada daha sonra bildirilir: «Son günlərdə şirkətin cəmi iki əməkdaşı işdən ayrılmaqla bağlı müraciət edib.
Bəzi həmkarlarımızın «APA Holdinq»dən bir neçə jurnalistin işdən çıxması ilə bağlı yazdıqlarından təəssüflənirəm və qətiyyən, belə bir halın olmadığını bildirirəm.
Hazırda «APA Holdinq»də 300-dən çox jurnalist və yaradıcı şəxs çalışır. Onların əksəriyyəti ölkənin tanınmış imza sahibləri, istedadlı yazarları, informasiya texnologiyaları mütəxəssisləri və televiziya işçiləridir.
Bu günlərdə «APA Holdinq»in yeni layihəsi də fəaliyyətə başlayacaq. Bu layihə ilə bağlı xeyli tanınmış yazar artıq iş təklifimizi qəbul edib və sabahdan etibarən sıralarımızda olacaqlar.
Bütün həmkarlarımıza yaradıcılıq uğurları və sağlam rəqabət arzu edirik».