Vaxt.Az

Terrorun sifarişçisi kimdir?


 

ASALA və ya TAK sadəcə, marionetlərdir

Terrorun sifarişçisi kimdir? İstanbulun mərkəzində, İstiqlal küçəsində “canlı bomba”nın törətdiyi məşum terror aktının ermənilərin ASALA (Armenian Secret Army for the Liberation of Armenia, “Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu”) terror təşkilatı tərəfindən törədilməsi narrativi sürətlə elə erməniləri tərəfindən yayılır.

Terror aktında 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Kürdlərin PKK terror təşkilatının media strukturlarında və sosial şəbəkələrdəki akkauntlarla profillərində isə bu aksiyanın “Kürdüstanın Azadlıq Şahinləri” (“Teyrebazen Azadiya Kurdistan”, TAK) tərəfindən həyata keçirildiyi vurğulanır.

Ermənilərin Telegram kanallarında ASALA iddiası artıq ön plandadır.

Düşmənin mediativ-ideoloji sahədə fəaliyyətinin son 70 ildəki məzmununu, prosesual yönlərini, sxemlərini və s. təhlil edəndə rutin mənzərə alınır.

Terror aktının ASALA və ya PKK terror təşkilatının bir qolu olan “Kürdüstanın Azadlıq Şahinləri” (Teyrebazen Azadiya Kurdistan, TAK)  törədilməsi araşdırılır.

İstənilən halda ASALA və ya TAK sadəcə, marionetlər ola bilər.

Aksiya ilə bağlı suallar arasında bilavasitə icraçı və motivlərlə yanaşı, əsas məsələ sifarişçinin kim olmasıdır.

İstanbulun mərkəzindəki Taksim səmtində yerləşən İstiqlal küçəsindəki terror aktının Türkiyənin Diyarbəkir şəhərində doğulmuş 37 yaşlı Jiyan Tosun tərəfindən törədildiyi iddia olunur.

Kürdlərin terrorçu PKK təşkilatının üzvü olan bu qadın vəkildir.

Onun bu gün yerli vaxtla 16.13-də İstiqlal küçəsində bank bölmələrindən birinə daxil olaraq bel çantasını oraya qoyduğu, sonra təcili uzaqlaşdığı vurğulanır.

Bir müddət bankda qalan çanta az sonra partlayır.

Bu, ASALA-nın “stil”i yox, PKK-nın son illər Suriyada və Türkiyədə gerçəkləşdirdiyi terror aktlarının sxeminə uyğun aksiyadır.

Türkiyə Silahlı Qüvvələrinin İraqın və Suriyanın şimalında PKK-KONGRA/GEL terror təşkilatının çoxsaylı bölmələri ilə filiallarına qarşı apardığı antiterror mübarizəsi intensivləşib.

Ağır itkilər verən, Suriyada Afrin bölgəsinin ətrafından ölkənin şimal-qərbinə və Raqqa bölgəsinə, İraqda isə Qəndil dağına çəkilmək məcburiyyətində qalan PKK mövcudluğunu, daha dəqiq desək, “zəifləmədiyini” göstərmək üçün belə qanlı aksiyanı planlaşdırıb.

Aksiyada ermənilərin fəal iştirakı əsla istisna deyil.

ASALA çoxdan dağılsa da və faktiki fəaliyyət göstərməsə də, onu reanimasiya etməyə çalışan erməni qruplar var.

Məhz onlar PKK-ya dəstək verərək ASALA-nın varlığını göstərməyə çalışırlar və beləcə, ermənilərlə PKK arasında onillərdən bəri davam edən sıx təmasların passivləşmədiyini deyə bilərik.

 





14.11.2022    çap et  çap et