Sui-qəsdçilərə aşılanırdı ki, günahsız insanları da özünlə birlikdə öldürsən, onların savabına sən də cənnətə düşəcəksən. Nə qədər çox insan ölərsə, bir o qədər çox “savab” qazanarsan.
Çünki onları bu pis dünyadan tez aparacaqsan, onlar günahlar etməkdən qurtulacaqlar. Ona görə də, “savablar” çoxalar.
İndi təriqətlər, inanclar, məqsədlər fərqli olsa da, mahiyyət etibarı ilə bu gün də eyni təlimlər verilir və kamikadzelər daha çox insan olan yerlərdə özlərini partladırlar.
Kamikadze sözü isə yapon sözüdür – “İlahi, müqəddəs külək” deməkdir. 1274-cü ildə Monqol ordusu qayıqlarla Yapon adalarına yan almaq istəyəndə, güclü tayfun küləyi onları batırmışdı. Yaponlar həmin fırtınaya “Kamikadze” adı verdilər.
1944-1945-ci illərdə isə yaponlar ABŞ donanmalarına qarşı xüsusi pilot dəstəsi hazırladılar və onlara “kamikadze” adı verdilər.
Həmin kamikadzelər – intiharçı pilotlar kimi idarə etdikləri qırıcıları ABŞ gəmilərinə çırpırdılar. Özləri də ölürdülər, təbii ki. Onlar bu işi çox böyük həvəslə və zövqlə edirdilər. Kamikadzelər çoxsaylı hərbi donanma gəmisini ABŞ radarlarına yaxalanmadan məhv etmişdilər.
Bu bəlalar bu gün də davam edir...