Vaxt.Az

Funt-sterlinq güclənir


 

Qızıl da başın alıb gedir

Funt-sterlinq güclənir İnvest.AZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.


Avro

Ötən həftənin son ticarət günündə Amerikada oktyabrda gözləniləndən daha çox yavaşlayan inflyasiyanın ABŞ Federal Ehtiyatlar Sisteminin gələcək faiz artımlarının həcmini azalda biləcəyinə dair ümidləri artırması fonunda dollar dünya birjalarında kəskin ucuzlaşdı. Hazırda 106 bənd hədlərində dalğalanan dollar indeksi 108 ban həddinin altında qaldıqca, eniş tendensiyası daha da dərinləşə bilər.

Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər. 

Bu həftə Avrozonada açıqlanacaq ÜDM və İnflyasiya göstəriciləri də avronun məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər. 


Funt-sterlinq

Ötən həftə ABŞ-da dərc olunan inflyasiya göstəricilərindəki pozitiv məqamlarla yanaşı, İngiltərədə iqtisadi inkişaf səviyyəsinin artması dolların kəskin ucuzlaşmasına səbəb oldu. 

Bu həftə isə İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri və əmək bazarına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq. Dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.21 dollara kimi bahalaşa bilər.


Lirə

Artıq 6 həftədir ki, üfüqi tendensiya sərgiləyən dollar məzənnəsi 18.60 lirə həddi üzərində möhkəmlənərsə, türk valyutası dollar qarşısında 19 lirəyə kimi ucuzlaşa bilər. 


Qızıl

Dollar indeksinin kəskin ucuzlaşması fonunda qızıl yenidən 1773 dollara kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq 1755-ə həddinə kimi gerilədi. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1784 dollara kimi bahalaşa bilər.

 





14.11.2022    çap et  çap et