Vaxt.Az

Terrorçu həbs olundu


 

Daha 21 nəfər saxlanılıb

Terrorçu həbs olundu Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadının hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.

Adı açıqlanmayan qadının hadisə yerinə partlayıcı maddə qoyaraq uzaqlaşdığı müəyyən edilib.

Həmin şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ümumilikdə hadisə ilə əlaqədar 22 nəfər saxlanılıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. (Trend.az)

 





14.11.2022    çap et  çap et