Və dünən Ruben Vardanyan həyat yoldaşı Veronika ilə kiçik oğlu Georgini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocalı rayonunun kəndlərinə gəzintiyə çıxarıb.
Kremlin emissarı, nümayəndəsi, “layihə”si sayılan Ruben Vardanyan dünyada və bölgədə baş verən prosesləri nəzərə almadan Qarabağda tam şəkildə yerləşməyə çalışır. Sanki Kremldən tam şəkildə zəmanət alıb ki, ona heç kim toxunmayacaq və rus “sülhməramlı”larının himayəsi altında istədiklərini edəcək.
Vardanyan başa düşmür ki, ona heç kim zəmanət verə bilməz. Çünki hətta “sülhməramlı”ların özləri də Qarabağda müvəqqətidir.