“Zəngəzur dəhlizi, həmçinin Azərbaycan üçün yeni bazarlar açacaq, o cümlədən Afrika istiqamətində yük tranziti üçün imkan yaradacaq”, – deyə o bildirib.
X.Həsənli əlavə edib ki, Bakı limanının yükaşırma gücünün genişləndirilməsini sürətləndirmək lazımdır.
“2023-cü ildə limanın tikintisinin ikinci mərhələsinə başlamaq planlaşdırılır. İkinci mərhələ yük aşırılmasını ildə 25 milyon ton və 500 min TEU konteynerə çatdıracaq. Artıq üç milyon tonadək mineral gübrə aşırma gücündə olan terminalın tikintisi başlayıb”, – o deyib. (Trend.az)