Qətnaməyə əsasən, Rusiya Federasiyası beynəlxalq hüququn pozulmasına görə məsuliyyət daşıyacaq, nəticələrə Ukraynaya dəymiş zərərin ödənilməsi daxildir.
Qətnamənin qəbulunun əleyhinə Rusiya, Lukaşenkonun nümayəndələri, Çin, Şimali Koreya, İran, Suriya və Rusiya Federasiyasının digər dostları səs verib.
Gürcüstan, Moldova, Türkiyə sənədin lehinə səs veriblər. Ermənistan bitərəf qalıb. Azərbaycan nümayəndəsi səsverməyə qatılmayıb.
***
Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib açıqlama ilə çıxış edib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Cozef Borrell jurnalistlərə Ukraynanı dəstəkləməyə davam edəcəklərini deyib.
O, bildirib ki, Rusiyaya qarşı təzyiqlər getdikcə artacaq: “Birincisi, Rusiyanı beynəlxalq arenada təcrid etməyə davam edəcəyik. Rusiya iqtisadiyyatına qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirəcəyik. Xüsusilə həmin tədbirləri gücləndirməyə davam edəcəyik. Rusiyaya silah və hərbi dəstək verdiyi bilinən İran və Belarus kimi üçüncü ölkələri də hədəf almağa hazırıq”.
***
NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib. Baş katib mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Rusiyanın hərbi gücünün çox böyük olduğunu qeyd edib:
“Rusiyanın Xersondan çıxarılması Ukrayna Silahlı Qüvvələrinin inanılmaz cəsarətini, eləcə də Ukraynaya dəstəyimizin vacibliyini nümayiş etdirir. Biz Rusiyanı qiymətləndirməmək kimi səhvə yol verməməliyik. Rusiya Silahlı Qüvvələri əhəmiyyətli imkanları, eləcə də böyük sayda qoşununu özündə saxlayır. Rusiya əhəmiyyətli itkilər verməyə hazır olduğunu göstərdi”.