Vaxt.Az

Güneyli fəal güllələnib


 

Tibbi ekspertiza Cavad Heydərinin ölüm səbəbini müəyyən edib

Güneyli fəal güllələnib Qəzvin əyalətinin məhkəmə-tibbi ekspertizası güneyli fəal Cavad Heydərinin arxadan güllələndiyi barədə rəy verib. Güney Azərbaycanın Qəzvin şəhərində son etirazların qurbanlarından olan Cavad Heydərinin bacısı Fatimə Heydəri qardaşının “dəfn icazəsi”ndə yazıb ki, sentyabrın 22-də polis qardaşını arxadan güllələyərək öldürüb.

Bundan öncə Qəzvin əyalətinin polis komandanlığı son etirazlar zamanı ölənlər barədə yaydığı məlumatda polis qüvvələrinin havaya atəş açdığını bildirib.

Qəzvin polis komandanlığının açıqlamasına baxmayaraq, sosial mediada polis qüvvələrinin etirazçılara atəş açmasına dair çoxlu video və sənədli görüntülər yayılıb.

 





15.11.2022    çap et  çap et