“The Guardian” yazır ki, Ukrayna lideri videomüraciətində bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra biləcəyi vaxt gəlib çatıb.
“Biz imkan verməyəcəyik ki, Rusiya dincəlsin və öz qüvvələrini artırsın... Mən əminəm ki, indi Rusiyanın müharibəsinin dayandırmağın və dayandırıla biləcəyi vaxt çatıb”, – deyə Ukrayna lideri bildirib.
Zelenski vurğulayıb ki, müharibəyə son qoymaq üçün Rusiya Federasiyası qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmalı, dövlətimizə dəymiş ziyana görə təzminat ödəməli, ölkəmizin ərazi bütövlüyünü tanımalıdır.
Prezident həmçinin “müharibədən sonrakı təhlükəsizlik arxitekturasının əsas elementini gücləndirmək” və Rusiya təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün Beynəlxalq Konfransın keçirilməsini təklif edib.