“İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də görə bilərsiniz – iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir”, – deyə o bildirib.
Bezos iqtisadi vəziyyətin pisləşməsi riskini nəzərə alaraq yeni televizorlar, soyuducular və avtomobillər kimi böyük alışların təxirə salınmasını tövsiyə edib.
O, kiçik biznes sahiblərinə yeni avadanlıqlara sərmayə qoymaq əvəzinə pul ehtiyatları yaratmaq barədə düşünməyi təklif edib: “Bacardığınız qədər çox risk düşünün. Ən yaxşısına ümid et, amma ən pisinə hazırlaşın”. (Report.az)