Əksər pilotlar dəbilqələrinə görə yadda qalırlar. Amma bu adamın demək olar sabit dəbilqəsi olmadı. Ən pisi isə özü olmadı. Davamlı Şumaxer və “Ferrari” romantikası ilə özünə aid bir iz qoya bilmədi. Çox nahaq yerə “Baby Schumi” ləqəbini qəbul etdi? “Ferrari”də yarışanda davamlı Mercedes pilotları ilə çox dostcasına davranması azarkeşlərin xoşuna gəlmirdi. Nəticədə onlar rəqibdir. Heç üzünə də baxmamalısan.
4 qat dünya çempionu, insani keyfiyyətlərini isə nəinki onu dəstəkləyən, hətta rəqiblərinin fanatları da təqdir edirdi. Amma yenə də yeri görünəcək. Öz dövründən Alonso və Hamilton qədər olmasa da, böyük pilot idi.