Nə qədər qəribə olsa da Zəngəzur dəhlizinin reallaşması məsələsi gündəmə gəldikdən sonra İran yenidən aqressivləşib və ölkəmizə qarşı təhdid dolu bəyanatların sayını artırmaqdadır. Belə görünür ki, İran Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı dövlətlərdən imiş. Çünki bununla ölkəmiz ilə İran azərbaycanlıları yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı yaratmağı hədəfləyirmiş.
Sərhədlərimizdə Zəfərdən sonra irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra olmaqla yanaşı səmərəsiz əzələ nümayişidir. 44 günlük Vətən Müharibəsi də göstərdi ki, Azərbaycan bu tip hədələrin qarşısını almaq gücündədir. Görünən odur ki, İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılmağa çalışılır və hətta Tehran ölkəmizdə bir sıra dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində işi gücləndirib. Bu da regionda yeni gərginlik yaratmağa xidmət edir.
Zəfərdən sonra formalaşan yeni düzən bəzi dövlətləri narahat etməkdədir: bunlar səmərəsiz təhddilər olsa da belə.