Bəs gələcəkdə planeti nə gözləyir?
Bu artım planetin sonuna qədər də ən yüksək artım olaraq qalacaqdır. Son 10 ildə olan artımı planet bir də görməyəcək.
Dünyada bir milyard insanın yaşaması üçün 1804 il lazım olub. Məhz 1084-cü ildə ilk milyard bitib. 2 milyard əhalinin bitməsi əlavə olaraq 123 il lazım olub.
Ümumi vəziyyət belədir.
1804-cü ildə ilk dəfə – 1 milyard;
123 il sonra 1927-ci ildə – 2 milyard;
33 il sonra, 1960-cı ildə – 3 milyard;
14 il sonra, 1974-cü ildə – 4 milyard;
13 il sonra 1987-ci ildə – 5 milyard;
12 il sonra 1999-cu ildə - 6 milyard;
12 il sonra 2011-ci ildə – 7 milyard
11 il sonra 2022-ci ildə – 8 milyardıncı insan doğuldu.
UNFPA (BMT Əhali Fondu) dünya əhalisi son 12 il ərzində 7 milyard nəfərdən 8 milyarda çatdığını desə də, əslində 11 il ötüb. Sadəcə 7 milyardıncı adam 30 oktyabrda doğulmuş və 11 ildən 16 gün artıq keçib. Bu isə 12 yox, elə 11 ildir. Beləcə bəşər tarixi özünün ən çox insan artımı olan dövrünü geridə buraxdı.
Əgər artım tempi bu sürətlə davam edərdisə, planeti qarşıda həqiqətən ciddi fəlakət gözləyərdi. Bu qədər artan əhali kütləsini qidalandırmaq üçün planetin ciddi problemləri yaranacaqdı. İnsanlar isə buna qədər digər yaşayış məskəni əldə edəcək qədər hələ inkişaf etməyiblər. Odur ki, xoşbəxtlikdən dünya əhalisinin artım dinamikasında enişlər artıq başlayıb. Yəni artım davam etsə də, onun sürəti qorxulu hədən məqbul həddə enəcək.
Belə ki, UNFPA 9-cu milyardıncı insanın 25 il sonra – 2037-ci ildə doğulacağını proqnozlaşdırır. 2100-cü ildə dünya əhalisinin 10,4 milyarda çatacağı ehtimal edilir.
Beləcə əhali artımın planet üçün faciəvi trayektoriyaya getməyəcəyi aydın görünür.
Bunun bir neçə səbəbi var ki, bunlardan da birincisi insanların həyata baxışında baş verən dəyişikliklərdir. Ölkələrin iqtisadi cəhətdən inkişaf etməsi və insanların maddi təminatının yüksəlməsi onların həyata baxışlarında dəyişikliklərə, bu isə doğum səviyyəsinin azalmasına gətirib çıxarır. Elə proqnozlara görə də 2050-ci ilə qədər əhali artımının mərkəzində kasıb Afrika ölkələri dayanacaq.
Amma doğum səviyyəsi nə qədər azalsa belə, yenə planetin mövcud yararlı torpaq sahələrinin məhdudluğu bir zərurəti qaçılmaz edir. Ərzaq məhsulları istehsalı sahəsində dünya üzrə ortalama məhsuldarlıq artmasa insanlar gələcəkdə qida problem yaşayacaqlar.