Vaxt.Az

Əliyev Vyana qapılarına çatır


 

Təklənirsiniz, müsyölər!

Əliyev Vyana qapılarına çatır Neft və qaz borumuz hansı ölkəyə daxil olursa, ora Azərbaycandır.

Albaniya – yarı Balkan yarımadası və ya Cənubi Avropa ölkəsi kimi, amma mənə görə mənzərələri, Keşlədən, Günəşlidən fərqlənməyən şəhər quruculuğu ilə eyni, amma təbiətinin gözəlliyi ilə, bir da az da SSRİ notlarında eynilik təşkil etdiyimizə görə hardasa çox doğma görünür.

Tirana – SSRİ-yə qədər isə hər daşı, torpağı Osmanlı qoxuyurdu.

Əliyev Tiranaya səfəri ilə başqa bir qlobal həmlə etdi.

“Cənub Qaz Dəhlizi”, Avropa İttifaqının son ümidlərindən biridir.

Anadolu yaylalarından keçən borumuz İtaliyaya, Adriatik sahillərinə –  TAP, TANAP adıyla yol almaqdadır.

Bu meqa layihənin məqsədi Rusiya ilə müharibədə olan Avropa üçün enerji təhlükəsizliyini təmin etməkdir.

Gəlin, Fransanın Avropa dəyərlərinə xəyanəti əvəzində Azərbaycan məsələsini senatda deyil, Parlamento della Repubblica Italianada və ya Kuvendi Popullorda müzakirəyə çıxaraq:

Təklənirsiniz, müsyölər!

Əliyev Vyana qapılarına çatır!

 





15.11.2022    çap et  çap et