“The Arab Weekly” nəşri İran-Azərbaycan ilişkilərinin təhlili ilə bağlı “How an Armenia-Azerbaijan peace deal threatens Iran” (Ermənistan-Azərbaycan sülh razılaşması İranı necə təhdid edir) adlı məqalə dərc edib. Məqalənin müəllifi serbiyalı analitik Nikola Mikovic yazır ki, Əhalisinin əksəriyyətinin şiə olmasına baxmayaraq Azərbaycan İranın yağı düşməni olan İsraillə güclü hərbi əlaqələrə malikdir.
Məqalədə İranın keçirdiyi hərbi təlimə Azərbaycanın sərt reaksiyası, Zəngəzur dəhlizi (məqalədə Naxçıvan dəhlizi kimi keçir) məsələsinə İranın ağrılı münasibətinin səbəbi belə izah olunur: “Həqiqətən də, Naxçıvan dəhlizi tikilərsə, Türkiyəyə Cənubi Qafqaza yeni quru yolu əldə edəcək və bundan Türkiyə rəhbərliyi çox güman ki, enerji ilə zəngin regionda mövcudluğunu gücləndirmək üçün yararlanacaq. Türkiyə hətta Mərkəzi Asiya bazarlarına daha sürətli bir marşrut əldə edəcək, Ankara üçün bu, böyük bir geosiyasi qələbə deməkdir. Türkiyənin sahib olacağı nəqliyyat tramplinini həm də bu ölkənin bəzi iddialı pantürkist məqsədlərinin həyata keçirlməsinə imkan verəcək.”
Müəllif məqaləni belə bir sonluqla bitirir: “Bir şey dəqiqdir: Azərbaycanla İran arasında indiki münasibətlər nə dostluq, nə də qardaşlıq münasibətləridir. Azərbaycan dünyəvi dövlət olsa da, şiəlik iki ölkənin paylaşdığı yeganə dəyər kimi görünür. Bakı və Tehranın fərqli müttəfiqləri, fərqli prioritetləri və fərqli geosiyasi məqsədləri var. Beləliklə, əgər Azərbaycan Rusiyanın dəstəklədiyi Naxçıvan dəhlizinin tikintisinə nail olsa, İran 2020-ci il müharibəsində (44 günlük müharibə nəzərdə tutulur) uduzan ikinci ən böyük ölkə olacaq.”
P.S.: Ərəb Dünyasına barmaqarası baxmaq olmaz. Unutmayaq ki, bu dünyada yarım milyarda yaxın ərəb yaşayır...