Vaxt.Az

Paris küçələrində itkin düşən ədalət...


 

Bugünkü fransız cəmiyyəti qısırdır, aşınıb, erməniləşib

Paris küçələrində itkin düşən ədalət... Bura Parisdir. Fransa Senatının binasının qarşısı. Şəkildə gördüyünüz insanlar isə Fransada yaşayan soydaşlarımızdır. Onlar Senatın binası önündə etiraz aksiyası keçirirlər.

Niyə? “Niyə”sini etirazçı soydaşlarımızın küçənin qırağındakı dəmir məhəccərlərə söykədikləri plakatlardan da görə bilərsiniz. Ədalət istəyirlər... Azərbaycana qarşı ədalətli münasibət tələb edirlər...

Kimdən?

Fransa Senatından.

Soydaşlarımız Senatın Azərbaycana qarşı əsassız ittihamları özündə əks etdirən, eyni zamanda Fransa hökumətini və digər Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran 6 üzvünün təklif etdiyi qətnaməyə, bu qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər.

Siz onların aksiyaya gətirdiyi plakat və şüarlara bir də diqqətlə baxın.

Bu plakatlarda “Biz ədalət istəyirik!”, “Fransa neytral ol!”, “Senat ədalətli ol!”, “Fransa ədalətli, düzgün ol!” “Qafqazda sülh gətirmək üçün ədalətli ol” və sair şüarlar, çağırışlar əks olunub.

Azərbaycan diasporunun aksiyada iştirak edən 50 nəfərdən çox təmsilçisi Fransa Senatındakı qartımış və vicdansız senatorların bu şüarlara, çağırışlara həssas yanaşacağına, onlarda ədalət hissinin baş qaldıracağına inanaraq bu aksiyaya qatılıblar.

Çünki onlar azərbaycanlıdılar. Səmimi, humanist, sülhsevər bir xalqın nümayəndələri.

Onlara elə gəlir ki, Fransa Senatının qocaman senatorlarında da bu keyfiyyətlər - səmimiyyət, sülhsevərlik və humanistlik az da olsa hələ də qalmaqdadır. Və əksər senatorlar onların çağırışlarını eşidərək öz 6 həmkarının hazırlayıb təqdim etdiyi məlum və məlun qətnaməni qəbul etməkdən imtina edəcəklər.

Amma əfsuslar olsun ki, bu sadəlövh soydaşlarımız dəhşətli dərəcədə yanılırlar.

Fransız senatorlarında ədalət, vicdan, əxlaq kimi dərin insani keyfiyyətləri axtarmaq qaranlıq otaqda qara pişiyi axtarmaq qədər əbəs cəhddir. Xüsusən də əgər o pişik o otaqda ümumiyyətlə yoxdursa...

Təkcə senatorlardamı?

Xeyr!

Ədalət, vicdan, əxlaq, səmimiyyət, humanizm kimi ülvi dəyərlər indi təkcə senatorlar üçün deyil, əksər fransızlar üçün də defisitə çevrilib.

Afinalı qoca Diogenin sözü olmasın, indiki fransızlar ədalət, vicdan, humanizm kimi ümumbəşəri dəyərləri Paris küçələrində gündüz çıraqla axtarırlar.

Bəli, əlahəzrət ədalət 21-ci əsrin Paris küçələrində azıb, itkin düşüb.

Odur ki, azərbaycanlıların Fransa Senatından ədalət, düzgünlük tələb etməsi bəlkə də fransızlar üçün də, elə o senatorların özləri üçün də əsl komplimentdir.

Ancaq əslinə qalsa, fransızlar bu durumlarından utanmalıdırlar. Alber Kamyu indi sağ olsaydı, öz soydaşlarının və senatorların bugünkü rəzil durumuna baxıb heç şübhəsiz ki, onları ən pis fransız söyüşlərinə “qonaq” edərdi.

Amma nə yazıq ki, bugünkü Fransada alber kamyular, jan-pol sartlar, simon de-bovuarlar yoxdur. Hazırkı Fransa ötən əsrin 60/70-ci illərinin ölkəsi deyil.

Bugünkü fransız cəmiyyəti qısır cəmiyyətdir. Aşınmış cəmiyyətdir. Erməniləşmiş cəmiyyətdir.

Ona görə də, əllərində plakat tutub Parisin küçələrinə çıxan, “Ədalət istəyirik”, deyə qışqıran azərbaycanlıların haqq səsini eşidən yoxdur.

Fransızlar kar və kor topluma çevrilib...

Yazının davamı

 





15.11.2022    çap et  çap et